Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu
31.01.2026 [14:23]
Xəbərin mətni
2025-ci il Azərbaycan səhiyyəsinin tarixi üçün unudulmaz bir dövr olub. Ölkəmizdə ilk dəfə donor orqandan, yəni meyit (kadavra) donorlarından orqan transplantasiyası əməliyyatları həyata keçirildi. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev deyib.