Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeganə Abbasova: Ürək transplantasiyası üçün ölkədə vahid rəqəmsal sistem qurulub

31.01.2026 [14:44]

Xəbərin mətni

Qafqazda ilk ürək transplantasiyası əməliyyatının Azərbaycanda icra olunması uzun illər ərzində mərhələli şəkildə aparılan sistemli islahatların nəticəsidir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı deyib.