NİİM: Qayda pozuntularının nəticəsi ağır olur
02.02.2026 [13:11]
Xəbərin mətni
Sürət, hərəkətə başlama və manevretmə qaydalarının pozulmasının nəticəsi qəzadır. Son anda qəzadan yayınmaq isə ya olmur, ya da faydasız olur. Sürücülər bilməlidirlər ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsi sürücüdən hərəkətə başlamazdan əvvəl edilən manevrin təhlükəsiz olmasını və hərəkətin digər iştirakçıları üçün maneə yaradılmamasını tələb edir. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında deyilir.