Prezident mükafatına layiq görülmüş gənc: Gələcək hədəflərim çox böyükdür
02.02.2026 [15:44]
Xəbərin mətni
Prezident mükafatına layiq görüldüyümü öyrənəndə, təbii ki, böyük qürur hissi keçirdim. Bu, həm də sənətimlə bağlı doğru seçim etdiyimi təsdiqləyən bir an oldu. Dövlətimizin başçısına bizi belə möhtəşəm bir mükafata layiq gördüyü üçün öz səmimi təşəkkürümü bildirirəm. Bu sözləri dövlətimizin başçısının yanvarın 30-da imzaladığı “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamla Prezident mükafatına layiq görülmüş Səməd Novruzov deyib.