Yaponiya səfiri: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında son dərəcə strateji mövqeyə malik ölkədir
03.02.2026 [13:40]
Xəbərin mətni
Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında son dərəcə strateji mövqeyə malik bir ölkədir. Hesab edirəm ki, Azərbaycanın bu mühüm coğrafi mövqeyi yalnız Avropa ilə Mərkəzi Asiya arasında körpü rolu ilə məhdudlaşmamalı, daha geniş miqyasda – bütün dünyaya açılan bir əməkdaşlıq platformasına çevrilməlidir. Bu fikirləri Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya deyib.