SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb
03.02.2026 [18:16]
Xəbərin mətni
Ukraynanın paytaxtı Kiyev şəhəri ən çətin günlərini yaşayır. Bir tərəfdən Rusiya ordusunun enerji infrastrukturlarına endirdiyi hava zərbələri, digər tərəfdən qışın sərt keçməsi Kiyevdə fövqəladə vəziyyət yaradıb. AZƏRTAC xəbər verir ki, bu çətin gündə SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində insanlar üçün xüsusi sığınacaqlar yaradılıb. Bura gələn vətəndaşlar pulsuz isti çay və sudan, istiləşmə zonalarından, internetdən, mobil telefonlar və notbukların enerji ilə təchizatından istifadə edə bilərlər.