Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

04.02.2026 [15:59]

Xəbərin mətni

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun mərkəzi küçələrinin birində baş verib. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1993-ci il təvəllüdlü M.Süleymanovanı vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.