Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aİ səfiri: Şəhərlər iqlim dəyişikliyi ilə mübarizənin ön cəbhəsindədir

10.02.2026 [13:22]

Xəbərin mətni

İqlim dəyişikliyi artıq uzaq və abstrakt qlobal problem deyil, şəhərlərin, icmaların və iqtisadiyyatın gündəlik reallığına birbaşa təsir göstərən faktordur. Bu fikirləri Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç “Merlər Razılaşması Təşəbbüsü” tədbirində çıxışı zamanı səsləndirib.