Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arıçılıqda uğur düsturu: ABAD-ın dəstəyi və fərdi zəhmət bir arada

11.02.2026 [11:36]

Xəbərin mətni

Masallı rayonu kənd təsərrüfatının ənənəvi sahələri ilə seçilən bölgələrdəndir. Bu rayonda arıçılıq illərdir həm ailə təsərrüfatı, həm də gəlir mənbəyi kimi qorunub saxlanılır. Son illər dövlətin ailə bizneslərinə göstərdiyi dəstək isə bu sahənin daha da inkişaf etməsinə şərait yaradıb. Belə nümunələrdən biri də Masallıda arıçılıqla məşğul olan Yolbəyi Məhərrəmovun təsərrüfatıdır.