Politoloq Aleksandr Kovalenko: Azərbaycan ilə Ukrayna arasında münasibətlər həmişə kifayət qədər yüksək səviyyədə olub
15.02.2026 [13:19]
Xəbərin mətni
Ukrayna ilə Azərbaycan arasında münasibətlər həmişə dostluq xarakteri daşıyıb və kifayət qədər yüksək səviyyədə olub. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Münxen Təhlükəsizlik Konfransı platformasında görüşün keçirilməsi təəccüblü deyil. Xüsusilə, son beynəlxalq vəziyyət və Ukraynada baş verən hadisələr kontekstində müzakirə ediləcək çox məsələ var idi. Azərbaycan Ukraynanın uzunmüddətli müttəfiqidir və humanitar sahədə Ukraynaya kömək edir, Rusiyanın ölkəmizə tammiqyaslı işğalının ilk günlərindən onu dəstəkləyir. Bu fikirləri Ukraynalı politoloq Aleksandr Kovalenko AZƏRTAC-ın müxbiri ilə bölüşüb.