Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Böyük sevinc hissi ilə Ağdam şəhərinə qayıdırıq

17.02.2026 [10:11]

Xəbərin mətni

Üç könüllü əsgər bacısıyam. 23 yaşımda Ağdam şəhərindən məcburi köçkün düşdük, doğma yurdumuzdan ayrı qaldıq. Son 33 ildir Bakı şəhərində, Səbail rayonunda məskunlaşmışıq. İndi isə böyük sevinc və qürur hissi ilə vətənimizə – Ağdam şəhərinə qayıdırıq. Bu illər ərzində bizə göstərilən diqqətə və qayğıya görə hər kəsə dərin təşəkkürümüzü bildiririk. Bu sözləri Ağdam şəhərinə köçən keçmiş məcburi köçkün Fazilə Novruzova söyləyib.