Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdarə Heyətinin sədri: C6 formatı Mərkəzi Asiya ilə uzunmüddətli və inklüziv əməkdaşlığın inkişafını təmin etməlidir

18.02.2026 [10:39]

Xəbərin mətni

Azərbaycan Mərkəzi Asiya ilə fəal əməkdaşlıq etsə də, əsas məsələ bu əməkdaşlığın daha vahid, institusionallaşdırılmış və gələcəyə yönəlmiş çərçivə əsasında qurulmasıdır. Məqsəd əməkdaşlığı uzunmüddətli imkanlara çevirməkdir. C6 formatı məhz bu funksiyanı yerinə yetirməlidir. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI