Bu il 4SİM insan kapitalının gücləndirilməsi istiqamətində fəaliyyətini genişləndirəcək
18.02.2026 [12:40]
Keçirilən tədbirlərə universitet tələbələri, professor-müəllim heyəti, özəl sektor nümayəndələri və dövlət qurumlarının təmsilçiləri cəlb olunublar. Xüsusilə süni intellekt, dördüncü sənaye inqilabı texnologiyaları, kompüter təfəkkürü və innovasiya sahələrində geniş müzakirələr aparılıb, gələcək inkişaf prioritetləri müəyyənləşdirilib. Tədbirlərdə ümumilikdə 30 mindən çox iştirakçı iştirak edib, 150-dən artıq tərəfdaş və partnyor bu proseslərə qoşulub. Bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2025-ci ilin yekunları ilə bağlı keçirilən hesabat xarakterli mətbuat konfransında çıxışı zamanı deyib.