Yaşat Fondu 2026-cı ildə 4-cü layihəsini Naxçıvanda həyata keçirir
18.02.2026 [12:51]
Xəbərin mətni
Yaşat Fondu müxtəlif sosial layihələr reallaşdırır. “Qış düşərgəsi” də həmin sosial layihələrdən biridir. Artıq ikinci dəfədir ki, Naxçıvan Muxtar Respublikasında - Ağbulaq İstirahət Mərkəzində qış idman növlərinə marağı olan şəhid övladları ilə bir araya gəlmişik. Bu sözləri müsahibəsində Yaşat Fondunun rəhbəri Elvin Hüseynov deyib.