Fariz İsmayılzadə: Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyası real layihələr üzərində qurulur
18.02.2026 [15:02]
Xəbərin mətni
Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyası, sadəcə siyasi şüarlar deyil, konkret iqtisadi, nəqliyyat və enerji layihələri üzərində qurulan real prosesdir. Bu proses, eyni zamanda, institutların möhkəmləndirilməsini və davamlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur. Bunu Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.