Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramazan ayı başlayır: nələrə diqqət etmək lazımdır?

18.02.2026 [19:02]

Xəbərin mətni

Bu gecə niyyət gecəsidir. Edilən niyyət sabah tutulacaq orucun mənəvi əsasını qoyur. Ramazan ayı sübh azanından gün batana qədər yemək-içməkdən uzaq durmaqla yanaşı, insanın öz nəfsi üzərində nəzarətini gücləndirməsi, səbir və mərhəmət duyğularını artırması üçün bir fürsət hesab olunur. Həmçinin, niyyət gecəsində insan öz daxilinə yönəlir, ötən ilin hesabatını aparır və yeni ayı inancla qarşılayır. Bəs bu müqəddəs ayda kimlər oruc tuta bilməz?