Yeni rəqəmsal platformanın yaradılması nəzərdə tutulur
18.02.2026 [19:15]
Xəbərin mətni
2025-ci il ərzində dövlət qurumlarında süni intellektin tətbiqi istiqamətində müxtəlif layihələr həyata keçirilib. Dövlət Vergi Xidməti tərəfindən “süni intellekt həlli” tətbiq olunub. Xidmətə daxil olan zənglər süni intellekt vasitəsilə təhlil edilir, cavablar isə operatorların nəzarəti altında vətəndaşlara təqdim olunur. Ümumilikdə, süni intellektin dövlət qurumlarında tətbiqi son illərdə daha da genişlənib və rəqəmsal idarəetmənin əsas istiqamətlərindən birinə çevrilib.