Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid övladlarının unudulmaz düşərgə günləri

18.02.2026 [20:54]

Xəbərin mətni

Naxçıvanın qarlı dağları bu günlərdə ən əziz qonaqlarını – Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın övladlarını qarşılayıb. “YAŞAT” Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, AHİK, AZAL və Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə reallaşan qış düşərgəsi uşaqların yaddaşında silinməz izlər qoyur.