Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnam Kərimov: Bu il hakimlərin sayının 700-ü keçməsi proqnozlaşdırılır

20.02.2026 [11:17]

Xəbərin mətni

2025-ci ildə məhkəmələrdə iş yükü əhəmiyyətli dərəcədə artıb. Amma buna baxmayaraq, hakimlərimizin peşəkarlığı, yüksək məsuliyyət hissi və çevikliyi sayəsində işlərə vaxtında baxılması təmin edilib. Bu baxımdan hakimlərimizin ədalət mühakiməsinin həyata keçirilməsindəki fəaliyyəti kifayət qədər effektiv olub. Bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Bakıda keçirilən Azərbaycan Hakimlərinin II Forumunda açılış nitqi zamanı səsləndirib.