Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədliyyə nazirinin müavini: Rəqəmsallaşma icra prosesində əsas problemləri aradan qaldırır

20.02.2026 [15:06]

Xəbərin mətni

Məhkəmə qərarlarının vaxtında və səmərəli icrası ədalət mühakiməsinin əsas tərkib hissəsidir və bu sahədə rəqəmsallaşma ilə süni intellekt texnologiyalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində keçirilən "Rəqəmsallaşma və süni intellektin tətbiqi imkanları" adlı panel müzakirəsi zamanı bildirib.