Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı uzunmüddətli su təhlükəsizliyini təmin edəcək - AÇIQLAMA
21.02.2026 [18:26]
Xəbərin mətni
Bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib. Bu Sərəncam Naxçıvan Muxtar Respublikasında su təhlükəsizliyinin təmin olunması, dayanıqlı su mənbələrindən istifadənin genişləndirilməsi və mövcud resurslardan daha səmərəli yararlanmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev deyib.