“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında qeydiyyatdan keçən rezidentlərin sayı açıqlanıb
24.02.2026 [12:25]
Xəbərin mətni
Azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında da uğurlu nəticələr əldə edilib. Belə ki, Ağdam Sənaye Parkı qısa müddətdə regional iqtisadi mərkəzə çevrilib. Burada 32 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib, 145,8 milyon manat investisiya yatırılıb və 1000-ə yaxın daimi iş yeri yaradılıb. Rezidentlərin sayına görə park artıq ölkədə ikinci yerdədir. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun 2025-ci ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.