Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nigar Qələndərli: Peşəkar kadr potensialının formalaşdırılması hər zaman diqqət mərkəzindədir

24.02.2026 [12:39]

Xəbərin mətni

Prokurorluq orqanlarının fəaliyyəti çərçivəsində dövlətimizin inkişafı üçün bir çox vacib tədbirlər həyata keçirilir. Qanunun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Eyni zamanda, gənclərin hüquqi biliklərinin artırılması, peşəkar kadr potensialının formalaşdırılması hər zaman diqqət mərkəzindədir. Bunu Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nigar Qələndərli Binəqədi Rayon Prokurorluğunda keçirilən “Açıq qapı” günündə çıxış edərkən deyib.