2015-2025-ci illərdə sənaye zonalarında dəyəri 19 milyard manatdan çox məhsul satışı həyata keçirilib
24.02.2026 [14:45]
Xəbərin mətni
2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib ki, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib. Artıq bu rəqəmlər sənaye zonalarının formalaşmış və dayanıqlı bir sənaye mühitinə çevrildiyinin göstəricisidir. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.