Seymur Adıgözəlov: Bu il sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması planlaşdırılır
24.02.2026 [14:59]
Xəbərin mətni
Ötən il sənaye zonaları üçün beynəlxalq əməkdaşlıq baxımından da əlamətdar olub. Belə ki, İZİA ilə “China Datang Overseas Investment” şirkəti arasında Abşeron yarımadasında “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə Sumqayıt Sənaye Parkında dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə torpaq sahəsinin icarəsinə dair müqavilə imzalanıb. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun 2025-ci ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.