Azərbaycan Dövlət İnformasiya Agentliyi

İZİA sədri: Məqsədimiz azad edilmiş əraziləri yüksək sənaye potensialına malik məkanlara çevirməkdir

24.02.2026 [15:28]

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parkları qısa müddət ərzində ölkənin iqtisadi xəritəsində mühüm yer tutmağa başlayıb. Artıq bu istiqamətdə əldə olunan konkret iqtisadi göstəricilər həyata keçirilən dövlət siyasətinin real nəticələrini aydın şəkildə nümayiş etdirir. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun 2025-ci ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.