Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ömrünüz su kimi aydın olsun: Ordubadın Bist kəndində ilk çərşənbə sevinci

24.02.2026 [17:01]

Xəbərin mətni

Xalqımız çoxəsrlik milli-mənəvi dəyərləri və adət-ənənələri özündə yaşadan Novruz bayramını hər il böyük sevinc və səbirsizliklə gözləyir. İnsanlar Novruzdan əvvəlki dörd həftənin çərşənbə günlərini də bayram kimi qeyd edirlər. El arasındakı inanclara görə, bu çərşənbələr Su, Od, Yel və Torpaq adlandırılır. Bu gün isə Novruzun ilk müjdəçisi olan “Su çərşənbəsi”dir.