Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arzu Nağıyev: Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq təhlükəsizlik sahəsində də strateji xarakter daşıyır

24.02.2026 [18:58]

Xəbərin mətni

Bugünkü görüş üç ölkə arasında strateji tərəfdaşlığın parlament ölçüsündə də dərinləşdirilməsi baxımdan xüsusi bir platformadır. Müzakirə etdiyimiz mövzular mühüm əhəmiyyət kəsb edir. Regional təhlükəsizlik və parlament dostluq qruplarının fəaliyyəti təkcə siyasi gündəliyin tərkib hissəsi deyil, eyni zamanda, regional sabitliyin və inkişafın əsas sütunlarından biridir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı səsləndirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI