Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fuad Oktay: Münasibətlərimiz getdikcə daha da dərinləşir və genişlənir

24.02.2026 [19:05]

Xəbərin mətni

Regional problemlərin həlli baxımından əməkdaşlıq olduqca vacibdir. Türkiyə Gürcüstan və Azərbaycanla birgə fəaliyyətlər həyata keçirir. Əməkdaşlığımız müdafiə, enerji, nəqliyyat, mədəniyyət, təhsil və rəqəmsallaşma sahələri ilə məhdudlaşmır. Münasibətlərimiz getdikcə daha da dərinləşir və genişlənir. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Fuad Oktay deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI