Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcü deputat: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı qarşılıqlı etimada və ortaq baxışlara əsaslanır

24.02.2026 [19:08]

Xəbərin mətni

Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı nəqliyyat, enerji sahələrindəki əməkdaşlığımız uğurla və ardıcıl şəkildə davam edir. Hər üç ölkə arasında formalaşmış strateji tərəfdaşlıq artıq regionun əsas dayaq sütunlarından birinə çevrilib. Bu əməkdaşlıq yalnız iqtisadi maraqlara deyil, eyni zamanda, qarşılıqlı etimada və ortaq baxışlara əsaslanır. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədr müavini İrakli Şatakişvili deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI