İKTA sədri: Azərbaycanda internetin orta sürəti 150–200 Mbit/s-ə çatıb
25.02.2026 [11:48]
Xəbərin mətni
Son illər Azərbaycanda internet infrastrukturunun inkişafı nəticəsində şəbəkənin keyfiyyəti və sürəti əhəmiyyətli dərəcədə artıb, orta göstəricilər 150–200 Mbit/s səviyyəsinə yüksəlib. Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov “A-dan Z-yə internet: media üçün praktik təlim”də çıxışı zamanı deyib.