Nazir müşaviri: Regionlarda yüksəksürətli internetə çıxışın genişləndirilməsi əsas hədəfdir
25.02.2026 [11:50]
Xəbərin mətni
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, tərəfdaş qurumların və sahə üzrə mütəxəssislərin birgə fəaliyyəti son illərdə Azərbaycanda internetin əlçatanlığının, keyfiyyətinin və sürətinin artırılmasına ciddi töhfə verib. Ölkədə rəqəmsal infrastrukturun ən transformativ təşəbbüslərindən biri olan “Onlayn Azərbaycan” layihəsi bu sahədə mühüm mərhələdir. Bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “A-dan Z-yə internet: media üçün praktik təlim”də çıxışı zamanı səsləndirib.