Birinci Türkoloji Qurultay türk xalqlarının inkişafında yeni mərhələnin başlandığını nümayiş etdirib
27.02.2026 [16:20]
Xəbərin mətni
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi Azərbaycan elmi və mədəni ictimaiyyəti üçün xüsusi əhəmiyyətə malikdir. Bu mötəbər Qurultayın məhz Bakıda təşkil olunması onun Azərbaycan türkologiyasının tarixi uğurları sırasında özünəməxsus yer tutduğunu göstərir. Bu fikri AMEA-da “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.