Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda süni intellekt əsaslı kibertəhlükəsizlik həllərinin tətbiqi genişlənir

27.02.2026 [16:39]

Xəbərin mətni

Azərbaycanda dövlət və özəl sektorda süni intellekt əsaslı kibertəhlükəsizlik həllərinin tətbiqi mərhələli şəkildə genişlənir. Bir sıra qurumlar bu texnologiyalardan artıq istifadə edir, digərləri isə pilot layihələr və test mərhələləri çərçivəsində həllərin effektivliyini qiymətləndirir. Bu barədə “ESET” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Mustafa İpek deyib.