Professor: Ankaradan Bakıya, oradan da digər türk dövlətlərinə uzanacaq dəmir yolu xətti bütün Türk dünyası üçün mühüm mərhələ olacaq
03.03.2026 [16:27]
Xəbərin mətni
Azərbaycan–Ermənistan münasibətlərində proses normal şəkildə irəliləyir. Həm münasibətlərin normallaşması, həm də Zəngəzur dəhlizi ilə bağlı qeydə alınan inkişaflar Cənubi Qafqazda normallaşma prosesinin qapılarını aralayıb. Bu yeni mərhələdə Azərbaycan–Ermənistan münasibətləri ilə yanaşı, Türkiyə–Ermənistan münasibətlərində də normallaşma prosesi başlayıb. Bu baxımdan, Qarabağın işğaldan azad edilməsi həm regional, həm də qlobal miqyasda yeni reallıqlar yaratdı. Mövcud vəziyyət və normallaşma perspektivləri ilə bağlı AZƏRTAC-ın suallarını Ankara Universitetinin professoru, ermənişünas-alim Yıldız Deveci Bozkuş cavablandırıb.