Aİ komissarı: Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq
03.03.2026 [16:49]
Xəbərin mətni
Rusiya qazından asılılığımızı davamlı şəkildə azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq, Avropanın enerji təhlükəsizliyinə və Azərbaycan iqtisadiyyatına fayda verəcək. Bunu Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib.