Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır
03.03.2026 [19:30]
Xəbərin mətni
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çox sayda rəsmi şəxsin iştirak etməsi Azərbaycanın nüfuzunu göstərir. Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır. Biz hazırda Azərbaycandan qaz idxal edirik və gələcəkdə də bu həcmi artıracağıq. AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında deyib.