Teyyub Aslanov: Operaların səhnələşdirilməsi gənclərin bu sahəyə marağını artırır
03.03.2026 [21:24]
Xəbərin mətni
Bu gün Heydər Əliyev Sarayında ideya və musiqi müəllifi, Xalq artisti Siyavuş Kərimi, librettosunun müəllifi, akademik Rafael Hüseynovun birgə əməyinin bəhrəsi olan “Nəsimi” operası tamaşaçılara təqdim edilib. Opera Nəsimi irsini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Teyyub Aslanov deyib.