Kənan Kərimzadə: 450 minə yaxın təhsil işçisi “TəhsilPlus” kartından istifadə imkanı qazanacaq
04.03.2026 [13:55]
Xəbərin mətni
“TəhsilPlus” kartı təhsilin bütün pillələri üzrə çalışan inzibati və pedaqoji heyəti əhatə edəcək. Ümumilikdə 450 minə yaxın təhsil işçisi kartdan istifadə imkanı qazanacaq. Bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” mövzusunda keçirilən tədbirdə deyib.