Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: İdman ixtisasları müasir yanaşmalar əsasında təkmilləşdirilməlidir

04.03.2026 [16:45]

Xəbərin mətni

Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət, xüsusilə regionlarda yaradılan idman mərkəzləri nəticəsində Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman arenalarında dalğalanan Azərbaycan Bayrağı və səslənən Dövlət Himnimiz, qazanılan qələbələr milyonlarla insanın sevincinə çevrilir. Bunu Milli Məclisin deputatı Könül Nurullayeva Milli Məclisdə 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə keçirilən görüşdə deyib.