Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir
03.11.2026 [21:59]
Xəbərin mətni
Avropada keçirilən müxtəlif etiraz aksiyaları, xüsusilə Z nəslinin bu aksiyalardakı rolu liberal dünya nizamının dağıldığını, liberalizm və kapitalizm prinsipləri əsasında formalaşan rifah dövləti konsepsiyasının isə tənəzzülə uğradığını göstərir. Bütün bunlar həmin ölkələrin Qlobal Cənuba münasibətdə yürütdüyü xarici siyasətin nəticəsidir. Bunu şərhində beynəlxalq münasibətlər üzrə pakistanlı ekspert Münəvvər Hüseyn deyib.