Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sənayesində investisiyalar 26 faizədək artıb

05.03.2026 [11:54]

Xəbərin mətni

2021-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik 5,9 faizlik real artımı iqtisadi genişlənmənin əsas mənbəyi olub. İqtisadiyyatın şaxələndirilməsində özəl sektorun böyük rolu var və bu sahəyə aktiv dövlət dəstəyi davam etdirilir. Son illərdə özəl sektora dövlət dəstəyinin böyük hissəsini vergi və gömrük güzəştləri təşkil edib. Bunu “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.