Andrea Şröter: Azərbaycan incəsənətindəki bənzərsizlik və saflıq məni heyran edir
06.03.2026 [23:18]
Xəbərin mətni
Sərgidə əsərlərə tamamilə heyran qaldım. Azərbaycan incəsənətindəki bu bənzərsizlik, bu saflıq məni heyran edir. Mən 1978-ci ildə tələbə olarkən bir dəfə Azərbaycanda olmuşam. Burada bəzi təsvirləri görəndə sanki o vaxt gördüklərimi yenidən xatırlayıram. Biz dağlardan keçərək səyahət edirdik və bəzi təsvirlər mənə həqiqətən də yol kənarında oturan o yaşlı kişiləri xatırladır. Çox gözəldir və rənglərin zənginliyi də çox təsirlidir. Bu fikirləri Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun 75 illik yubileyi münasibətilə Berlində açılan “Doğma Vətənin rəngləri” adlı sərgisinin almaniyalı ziyarətçisi Andrea Şröter AZƏRTAC-a açıqlamasında deyib.