Vençur fond rəhbəri: Azərbaycan startapları yalnız daxili bazarla kifayətlənməməli, qlobal düşünməlidirlər – MÜSAHİBƏ
10.03.2026 [15:09]
Xəbərin mətni
Azərbaycanda startap ekosisteminin inkişafı, vençur kapital bazarının formalaşması və dövlətin rəqəmsal transformasiya gündəliyi son illər daha çox diqqət mərkəzinə çevrilib. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı bu sahədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.