Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səməd Vurğunun unudulmaz misraları məktəblilərin ifasında

10.03.2026 [15:45]

Xəbərin mətni

Milli-mənəvi dəyərlərin qorunması və klassik ədəbi irsin yaşadılması bu gün gənc nəslin üzərinə düşən ən mühüm missiyalardan biridir. Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Səməd Vurğunun yaradıcılığı isə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun vətənə məhəbbət, humanizm, milli kimlik və mənəvi saflıq ideyaları ilə zəngin əsərləri illər keçsə də aktuallığını qoruyub, saxlayır.