Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağlar qoynunda Yel çərşənbəsi: Şəkidəki Alban məbədində çərşənbə tonqalı qalandı

10.03.2026 [16:14]

Xəbərin mətni

Təbiətin qış yuxusundan ayıldığı, dağların nəfəsinin isindiyi bir vaxtda qədim Şəki yenə öz sehrli ağuşunu doğma adət-ənənələrimizə açıb. Sıx meşələrin ətəyində, tarixin daş yaddaşına həkk olunmuş Kiş kəndi bu gün sadəcə bir məkan deyil, həm də keçmişlə gələcəyin vəhdət təşkil etdiyi mənəviyyat ocağına çevrilib. Havada duyulan bahar təravəti və qədim divarların pıçıltısı sanki əsrlər öncəsindən süzülüb gələn bir bayram müjdəsini pıçıldayır.