Qədir Xəlilov: Dövlət Proqramına müraciət zamanı bəzi gənclər sənədləri yoxlanmadan təqdim edirlər
10.03.2026 [16:44]
Xəbərin mətni
Aparılan təhlillər göstərir ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na müraciət zamanı bəzi gənclər müxtəlif səhvlərə yol verirlər. Bu səhvlər əsasən sənədlərin düzgün tərtib edilməməsi və sənədlərin yoxlanılmadan təqdim olunması ilə bağlı olur. Bu fikirləri Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov AZƏRTAC-ın sualını cavablandırarkən deyib.