Mərkəzi Bank: Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir
12.03.2026 [14:30]
Xəbərin mətni
Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə etmiş olacaq, bu isə öz növbəsində fırıldaqçılıq risklərini əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcəkdir. Bu barədə Mərkəzi Bank sədrinin müavini Toğrul Əliyev "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik" mövzusunda keçirilən forumda deyib.