Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ərəb Liqasının sabiq Baş katibi: XXI əsrdə qlobal təhlükəsizliyin əvvəlki mənası dəyişir

12.03.2026 [15:14]

Xəbərin mətni

XXI əsrdə qlobal təhlükəsizliyin əvvəlki mənası dəyişir. Biz məhz bu kontekstdə Qlobal Bakı Forumunda müzakirələr aparmaq üçün toplaşmışıq. Çünki, Qlobal Şimal və Qlobal Cənub arasında sosial, iqtisadi və siyasi parçalanma dərinləşib. Qlobal Cənub ölkələri artıq çoxsaylı mürəkkəb çağırışlarla üzləşir, bu isə qlobal təhlükəsizlik məsələlərinin daha mürəkkəb, çoxşaxəli olmasına şərait yaradır. Bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzulu paneldə Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Amr Musa deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI