Azərbaycan Dövlət İnformasiya Agentliyi

Norveçin sabiq Baş naziri: Yeni dayanıqlı beynəlxalq nizam üçün BMT-də islahat vacibdir

12.03.2026 [15:28]

Xəbərin mətni

Dünyada hazırda beynəlxalq nizam yox, beynəlxalq xaos mövcuddur. İkinci Dünya müharibəsindən sonra yaradılan beynəlxalq nizam, BMT və digər beynəlxalq təşkilatlar, İnsan Hüquqları Bəyannaməsi və digər konvensiyalar bu gün zəifləyib. Bu sözləri Norveçin sabiq Baş naziri Kyell Maqne Bondevik XIII Qlobal Bakı Forumunun “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzusunda paneldə deyib.